"Bakıda rusiyalı və ukraynalı idmançılar arasında dava olmayıb".
Rusiyanın Bakı-2015 I Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri İqor Kazikov belə deyib.
Ukrayna yığmasının "şef-de-missionu" Anna Sorokina da belə dava olmadığını bildirib.
Yayılan məlumatların yanlış olduğunu bildirən A. Sorokina qeyd edib ki, bununla bağlı Ukrayna səfirliyi müvafiq yerlərə iki informasiya notası göndərib: "Yalan məlumatların saytlardan çıxarılması tələb olunub. Lakin onlar həmin xəbərləri saytdan çıxarmaq əvəzinə başqası ilə yeniləyib. Hərçənd, bizim idmançılar heç bir davada iştirak etməyiblər".
Qeyd edək ki, bəzi media orqanlarında Bakının Atletlər Kəndində rusiyalı və ukraynalı idmançılar arasında dava baş verməsi haqda məlumatlar yayılıb. Bildirilib ki, mühafizəçilərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Bu "xəbəri" əsaslandırmaq üçün isə bir neçə şəkildən istifadə olunub. Araşdırma zamanı bəlli olub ki, həmin fotolar, ümumiyyətlə, Bakıda çəkilməyib.
Bunlar 13 iyun 2012-ci ildə Polşanın paytaxtı Varşavanın ""Narodowy" stadionunda keçirilən futbol qarşılaşması zamanı polyaklarla ruslar arasında düşmüş davadan çəkilən fotolardır (http://www.smh.com.au/sport/soccer/poland-and-russia-fans-fight-at-euro-2012-20120612-208rv.html). (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























