“Beşiktaş” Şenol Günəşlə müqavilə imzaladı

“Beşiktaş” Şenol Günəşlə müqavilə imzaladı

Türkiyənin "Beşiktaş" futbol komandasının yeni baş məşqçisi bəlli olub. Apa-nın xəbərinə görə, "Beşiktaş" klubu Şenol Günəşlə anlaşdığını rəsmən açıqlayıb. Ölkənin tanınmış futbol mütəxəssisi ilə 2+1 formulu üzrə müqavilə imzalanıb.

Şenol Günəş 1,5 milyon avro maaş alacaq. Bir il sonra "Beşiktaş" klubu 500 min avro təzminat ödəyərək müqaviləni ləğv etmək, 2 il sonra isə müqaviləni daha 1 il uzatmaq hüququna malikdir.

Qeyd edək ki, "Beşiktaş" ötən mövsüm Türkiyə Super Liqasını 3-cü sırada tamamladıqdan sonra xorvatiyalı mütəxəssis Slaven Biliç ilə yollarını ayırıb. Ş. Günəş isə ötən mövsüm "Bursaspor"da çalışıb və bu komanda çempionatı 6-sı sırada başa vurub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az