Futbol tarixinin ən yaxşı yarımmüdafiəçilərindən biri olan braziliyalı Ziko ləqəbli Artur Antunes Coimbra FİFA prezidenti olmaq istəyir.
Axar.az xəbər verir ki, Ziko bu barədə Rio de Janeyro şəhərində təşkil etdiyi mətbuat konfransında bildirib. 62 yaşlı mütəxəssis FİFA-da yaşanan böhranları aradan qaldıracağına söz verib:
"Təcrübəmi və bilgimi istifadə etməyi bir vəzifə olaraq görürəm".
Zikonun namizədliyinin qeydə alınması üçün FİFA üzvü olan beş ölkənin federasiyası onu namizəd göstərməlidir.
"Ağ Pele" ləqəbli mütəxəssis Braziliya formasında 3 dəfə Dünya Kubokunda (1978, 1982 və 1986-cı illərdə) iştirak edib. O, 88 matçda 66 dəfə rəqib torunu silkələsə də, dünya çempionluğu qazana bilməyib.
Məşqçilik karyerasına əvvəllər oynadığı "Kaşima Antlers" (Yaponiya) komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə Dünya çempionatında Braziliya yığma komandasına rəhbərlik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 2002–2006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub.
2006-2008-ci illərdə "Fənərbaxça"nın, 2009-2010-cu illərdə isə Rusiyanın "ÇSKA Moskva" klubuna rəhbərlik edib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































