Velosipedlə Lissabondan Bakıya gələn idmançı bayraqdarları üçün bayraq gətirib.
ANS-in məlumatına görə, Avropanın ən uzaq qərbində yerləşən paytaxt Lissabondan bu qitənin ən uzaq şərqində yerləşən paytaxt Bakıya 7 min km məsafə qət edən Horhe Kristavao medala layiq görülüb. Bu mükafat ona çərşənbə günü axşamı, Avropa Oyunlarının Açılış Mərasimi üçün biletlər şəklində təqdim edilib.
İdman aşiqi olan portuqaliyalı velosipedçi Azərbaycanın birinci xanımı və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən açılmış Bakı-2015 Avropa Qonaqpərvərlər Klubunda VİP qonaqların sırasında olub.
Klubun açılışında Mehriban Əliyeva və Horhe Kristavaoya Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki və Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də qoşulub.
Şəhərin məşhur Dənizkənarı Bulvarının yaxınlığında yerləşən klub birinci Avropa Oyunları ərzində VİP qonaqlara, ali qonaqlara və sponsorlara ev sahibliyi xidməti göstərəcək.
Oyunlar barədə məlumatın yayılması kimi böyük məsuliyyəti boynuna götürmüş 53 yaşlı Kristavaoya Açılış Mərasiminə iki bilet təqdim edilib.
Aprelin 10-da Lissabondan yola düşən Kristavao İspaniya, Fransa, Monako, İtaliya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan marşrutu üzrə hərəkət edib.
Bütün yol boyu Portuqaliya Olimpiya Komitəsi missiyasının rəhbəri Xose Qarsiya tərəfindən təqdim edilmiş Portuqaliya bayrağını da daşıyıb. Bu bayraq Açılış Mərasimində daşınması üçün Portuqaliya nümayəndə heyətinin bayraqdarına təqdim ediləcək.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























