"Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasiminə olan bütün biletlər artıq satılıb.
Məlumata görə, bu barədə Avropa Stolüstü Tennis Federasiyasının internet səhifəsində yerləşdirilmiş məqalədə məlumat verilir. Məqalədə Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsi yer alır.
S.Kleq bildirib ki, Azərbaycan idman tarixinin ən böyük hadisəsi hesab edilən birinci Avropa Oyunları böyük nailiyyətdir və biz bununla fəxr etməliyik: "Artıq 30 aydır ki, biz bu heyrətamiz şou üzərində işləyirik və xəyalları gerçəkliyə çevirməyə nail olmuşuq. Avropa idman tarixində ilk dəfə olaraq açılış mərasiminin keçiriləcəyi stadionda boş yer olmayacaq. 78 faizi yerli vətəndaşlardan ibarət bütün BEGOC heyətinə bu möhtəşəm işə verdikləri töhfəyə görə təşəkkür edirəm. Birinci Avropa Oyunlarına olan maraq biletlərin satışında özünü göstərir. Təkcə açılış mərasiminin deyil, yarışların biletləri də sürətlə satılır".
BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Mirjam Bogatajın müsahibəsinə istinadən isə yazıda qeyd olunur ki, satılan biletlərin orijinallığını qorumaq üçün ən doğrusu biletləri Bakıdakı və Mingəçevirdəki kassalardan əldə etməkdir.
Bildirilir ki, bilet əldə edə bilməyənlər üçün açılış mərasimi Oyunların rəsmi internet səhifəsi Baku2015.com-da canlı yayımlanacaq. Mərasim başa çatdıqdan sonra tədbirin 10 dəqiqəlik icmal videosu da sayta yerləşdiriləcək.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























