Bakı 2015 Birinci Avropa Oyunlarının məşəl estafeti bu gün davam edib. Məşəl UNESCO-nun Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərdən sonra Heydər Əliyev Mərkəzinin binasının qarşısına gətirilib.
Oyunların məşəlini Azərbaycanın məşhur heykəltəraşı və xalq rəssamı Ömər Eldarov qəbul edib.
Ö.Eldarov jurnalistlərə məşəli qəbul etməsindən çox sevindiyini söyləyib. O, həyatında ilk dəfə olaraq, məşəli daşıdığını qeyd edib: "Mənim yaşım kifayət qədər çoxdur, 87 yaşım var. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcüməyi-halım üçün çox əhəmiyyətlidir".
Azərbaycanlı heykəltaraş I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün olduqca böyük tarixi hadisə olduğunu da deyib: "Məşəli qəbul edən şəxslər - biz hamımız sevinc icindəyik. Bu, bizim əhvalımızı yüksəldir. Narahat idim ki, birdən nəfəs almağım çətinləşər, yaxud xəstələnərəm. Amma hər şey gözəl oldu. Mən məşəli öz yolum üzrə apardım və onu növbəti şəxsə təhvil verdım. Mən bunu yerinə yetirdim və bununla fəxr edirəm".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























