Bu dəqiqələrdə paytaxt səmalarında qəribə bir hadisə baş verib. Şahidlərin oxumeni.az-a verdikləri məlumata görə, Nizami rayonunda yerləşən 61 saylı orta məktəbin stadionuna toplaşan sakinlər gözlənilmədən səmada ağ bir dəliyin yarandığını gördülər. Əvvəlcə onun təyyarə olduğunu zənn etdilər. Lakin parlaq dairəni xatırladan nöqtə yerindən tərpənmirdi. Sonra qəflətən həmin obyekt böyüyərək sürətlə dövrə vurmağa başladı. O, hərəkət etdikcə arxasında parlaq buludlar peyda oldular. Səma bir neçə dəqiqə ərzində işıqlandı. Bu hal əks-səda verən qəribə səslərlə müşayiət olundu. Şahidlər gördükləri mənzərəni lentə köçürmək istəsələr də, nədənsə alınmadı. Daha doğrusu, görüntü video və ya foto yaddaşa köçürülmədi. Təxminən 3-4 dəqiqədən sonra səmanın parlaqlığı kiçilməyə və göy üzü əvvəlki kimi qaralmağa başladı. Parlaq nöqtə tam kiçildikdən və hərəkətsiz vəziyyətə gəldikdən sonra səs kəsildi və mənzərəni lentə köçürmək mümkün oldu.
Xatırladaq ki, bu, son zamanlar Bakı səmasında görünən ilk belə hal deyil. Mütəxəssislərin fikrincə, tez-tez paytaxt üzərində müşahidə olunan qəribəliklər Naməlum Uçan Obyektin hərəkətinin nəticəsidir.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































