Braziliyada yaşayan 12 yaşlı Nataşa Moares de Andrade ilk dəfə kəsdirəcəyi saçlarını təxminən 5 min manata satmağı planlaşdırır. Rio de Janeyrodakı kasıb məhəllələrin birində yaşayan Nataşa həftədə bir qutu şampundan istifadə edir. Həftədə 4 saatını saçlarını yumağa, gündə 1.5 saatını isə onları daramağa sərf edən qəhrəmanımız yeriyərkən saçlarınıı çanta kimi əlində daşıyır. Bu səbəbdən idmandan uzaq qaldığını söyləyən qızcığaz evlərinin dənizə yaxın olmasına baxmayaraq, üzə bilmədiyini söyləyir. Rionun 40 dərəcə istisinə rəğmən evdə kondisioner və ya fır-fıradan (ventelyator) istifadə edilmir - çünki Nataşanın saçları aparat tərəfindən çəkilə bilər. 42 yaşlı ana Katarina bu vaxta kimi qızının saçlarını kəsdirmək istəməməsi istəyinə qarşı çıxmadığını deyir: "Lakin artıq saçları qızımın həyatında bəzi problemlərə səbəb olduğu üçün onlardan qurtulmağın vaxtı gəlib çatıb".
Günel Həbib
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































