95 yaşlı çinli qarı basdırılan gün dirildi

95 yaşlı çinli qarı basdırılan gün dirildi
Onun şərəfinə təşkil olunmuş yas mərasimləri yekunlaşmışdı

Çinin 95 yaşlı sakini Syu Fenq öldüyü üçün onun şərəfinə yas mərasimləri təşkil olunmuşdu. Bütün mərasimlər bitdikdən sonra qadın gözlənilmədən dirilərək öz gündəlik həyatına qayıtdı.

Oddity Central saytının məlumatına görə, Çinin Quanqsi əyalətində qeydiyyatda olan Syu Fenq şəxsi evində tək yaşayırdı. Bir gün yıxılaraq kəllə-beyin travması aldığı üçün komaya düşüb huşunu itirdi. Onu qonşusu Tsin Vanq hərəkətsiz və huşsuz vəziyyətdə tapdı. Qonşunun polisə verdiyi ifadəyə görə, həmin gün qarının nəfəsi də gəlmirdi. Bu səbəbdən o, oğlu ilə birlikdə qarını tabuta qoyub dini ayin keçirdi. Xoşbəxtlikdən Çin adətlərinə görə, mərhum vida mərasimi üçün bir neçə gün ərində torpağa tapşırılmır.
Dəfnə cəmi bir gün qalmış yasa gələnlər tabutun boş olduğunu görüb təəccübləndilər. İlk əvvəl cəsədin oğurlandığını zənn etsələr də, qarının mətbəxdə yemək bişirdiyini görüb sevindilər. Bütün bunlara baxmayaraq, 95 yaşlı Syu Fenq o qədər də sevincək görünmürdü. Belə ki, Çin adətlərinə görə, mərhuma aid olan bütün paltarlar o ölən dəqiqə yandırılır.

Ölümü öldürmək buna deyərlər...

Aqil Hüseynov

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az