Bir müddət əvvəl Kiprdə 42 qoca qadın qumar oynadığına görə, barələrində cinayət işi açıldı. Onlar 10 mart tarixində ilk məhkəmə dinləmələrinə getməli idilər.
Newsru.com-un məlumatına görə, təxminən iki il əvvəl Limsol şəhərciyində qarıların birinin evində qumarxana aşkar edilmişdi. Orada qoca qadınlar 5-10 avrodan poker oynayırdılar. Ölkədə qumar qadağan olunduğundan qumarxana bağlandı və iştirakçılar barəsində cinayət işi açıldı. Qarılar 6 ay həbs cəzası almalı və ya 750 avro cərimə ödəməli idilər. Ötən iki il ərzində qarılardan ikisi öldü, daha ikisi yaddaşını itirdi. Onlardan ən yaşlısı, 98 yaşlı Yevtisiya isə jurnalistlərə bildirdi ki, istənilən halda məhkəməyə getməyəcək və pulla kart oynamaq vərdişini tərgitməyəcək.
Bütün bu hadisədən mətbuat vasitəsilə xəbər tutan Baş prokuror Petros Kliridis bu günlərdə cinayət işinə son verdi.
Həyat da qumar kimidir. "Blef" etməyi bacaran uzun yaşayır, həyəcanına hakim olmayanlarsa qısa...
Aqil Hüseynov
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































