Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
11 Sentyabr 11:17
Nepalda yaşayan 72 yaşlı Çandra Bahadur Danqi iddia edir ki, planetin ən balacaboy adamı odur. Belə ki, onun boyu 56 santimetrdir. Ağsaqqal cırtdan paytaxt Katmandudan 540 km cənub-qərbdə yaşayır. Çobanlıqla məşğuldur. O, tezliklə "Ginnesin Rekordlar Kitabı"ndan gələcək nümayəndə heyətini gözləyir.
Maraqlıdır ki, 72 yaşlı Çandra Bahadur Danqinin 8 arvaddan 49 uşağı var. 28 yaşı olan sonuncu həyat yoldaşının boyu isə 1 metr 76 santimetrdir. Arvadı və uşaqları çox vaxt Danqini çiyinlərində daşıyır.
Necə deyərlər, bapbalaca boyu var, dam dolusu toyu var...
Aqil Hüseynov
O.M.