İngiltərənin Koventri şəhərində müqəddəs İncildə yazılmış hadisə baş verib. Daha dəqiq desək, göydən alma yağışı yağıb. The Daily Telegraph xəbər agentliyinin məlumatına görə, bazar ertəsi günü gecə yarısı yerli sakinlərin başına əməlli başlı alma yağışı yağmağa başlayıb. Minlərlə alma şəhərin kvartallarının birində yerə səpilib. Hadisənin şahidlərindən olan Deyv Mikkins bildirib ki, alma yağışından insanlar xəsarət almasalar da, bəzi maşınlar əzilib.
Meteoroloqların fikrincə, bu cür təbiət hadisəsinə Britaniyanın şimalında əsən güclü qasırğa səbəb olub. Belə ki, şiddətli qasırğa meyvə və tərəvəz məhsullarını havaya qaldıraraq onlarla kilometr uçurdub və Konverti şəhərində yerə endirib.
Bu cür təbiət hadisələrinə bir neçə ölkədə təsadüf olunub. Məsələn, 2002-ci ildə Yunanıstanın Koran qəsəbəsində göydən balıq yağışı yağmışdı. 2004-cü ildə Xorvatiyada, 2005-ci ildə Serbiyada qurbağalar yağıştək yerə tökülmüşdülər.
Bəzən insanlar özləri də qeyri adi yağışlara səbəb olurlar. Məsələn, bu ilin iyul ayında Hindistanda zərgərlik zavodunun partladılması nəticəsində ölkənin bir çox şəhərlərinə 5.6 milyon dollar məbləğində brilyant yağışı yağmışdı.
İndiki halda göydən 3 deyil, minlərlə alma düşdüyü üçün məlumatın nağıl olmadığına inanmaq olar...
Fuad Borçalı
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































