Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
11 Sentyabr 11:17
2 il öncə 8 nominasiyada "Oskar"a layiq görülən "Milyonçu" filmi gerçək oldu. Belə ki, Hindistanın ən yoxsul bölgələrindən olan Biharda yaşayan və fəhləlik edərək, həyatda qalan 27 yaşlı Şuşil Kumar eyni ilə filmdəki kimi bütün sualları cavablandıraraq, milyonçu oldu.
Yarışmaya qatılmadan 5 ay öncə evlənən Şuşilin aylıq gəliri 150 dollardır. O, "Bütün bunları yuxumda görsəydim, inanmazdım", - deyir. Qardaşı isə, "Kumar mütəmadi olaraq BBC-yə qulaq asırdı. Bu qədər bilgili olmasını da buna bağlayıram", - dedi.
Günel Həbib