ABŞ-ın Massaçusets Texnologiya İnstitutundan olan bir qrup mühəndis və memar Marsda gələcək koloniyaların qurulması üçün nəzərdə tutulan mənzil prototipi yaradaraq "Mars şəhərinin dizaynı-2017" yarışmasında qələbə qazanıb.
Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, müsabiqənin təşəbbüskarı və sponsorları kimi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ilə Avropa Kosmik Agentliyi birlikdə çıxış edib.
Mars sakinləri üçün nəzərdə tutulan yaşayış binası bir-biri ilə tunellər vasitəsilə birləşdirilən qübbələr şəklində inşa edilib. Hər qübbədə 50 nəfərin yerləşdirilməsi nəzərdə tutulub. Qübbələr insanları şüalanma, temperaturun aşağı düşməsi və kiçik meteoritlərin dağıdıcı təsirlərindən etibarlı şəkildə qoruyacaq.
Qeyd edək ki, artıq 2020-ci ildə Çinin Marsın səthinə kosmik gəmi endirməyi planlaşdırdığı bildirilib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































