Əziz xanımlar, yemək bişirərkən dırnaqlarınız uzun və laklı olurmu? O zaman yazdıqlarımızı diqqətli oxuyun! Əslində nə olmaz...!
Yaddan çıxartmayın, tək bir bakteriya 7 saat içində 2 milyon, 12 saat içində 1 milyard bakteriyaya çevrilir. Bəzi bakteriyalar qaynar su altına belə 1 saat canlı qala bilir. Bakteriyalar çoxalmaq üçün proteinlə zəngin olan ərzaqları sevirlər. Ət, süt, toyuq, balıq, yumurta onların ən "sevdikləridir". Ona görə də bu ərzaqlar potensial təhlükəli məhsullardır.
Dırnaqlarınız mütləq qısa olmalıdır. Bundan başqa, boyadan, üzük, zinət əşyalarından istifadə etməyin. Əllərdə yara, kəsik, sıyrıq varsa, yemək bişirərkən antibakteriyalı məlhəm sürtərək, su keçirtməyən bandaj ilə bağlamaq lazımdır. Ərzaqlarla işləyərkən əsla və əsla ağız, burun və saçlarınıza toxunmayın. Siqaret çəkməyin, saqqız çeynəməyin. Dad kontrolu zamanı qaşıqla deyil, xörəyi başqa bir qaba tökərək istəyinizi reallaşdırın. Əllərinizi tez-tez yuyun. Ətin möhürlü, elastik, rəng və qoxusunun normal olmasına diqqət yetirin. Soyuducunun qapısını çox açıq saxlamayın. Ətləri ayrı-ayrı paketlərdə soyuducunun ən soyuq hissəsində saxlayın.
Nuş olsun!
Günel Həbib
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































