Uzun illərdir Afrikada cinsiyyət orqanlarının cadulu olduğuna inanılan albinolar öldürülərək, orqanları pul qarşılığında zəncilərə satılır. Afrikada təxminən 10 min albinonun cinayətə qurban getməmək üçün gizləndiyi bildirilir. 2007-ci ildə 58 albino bu səbəbdən öldürüldü. Bir albinonun vücudu 75 min dollara satıldığı üçün bu xəstəliyə düçar olanlar artıq qorxu içərisində yaşayırlar. Albinolar həmişə gizlənirlər və qorxularından lazım olmadıqca evdən bayıra çıxmırlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin hesabatına görə, cinayətlər başlandığından bu yana ən az 10 min albino gizlənib və ya evlərini tərk edib.
Albinoların vücudlarının satıldığı tək bazar Tanzaniyadadır. Burada onların orqanlarını əldə edən zəngin qaradərililər onlara rifah gətirəcəyini düşünürlər. Son məlumata görə, Afrikada 2010-cu ildə 100 albinolu uşağın öldürüldüyü rəsmən bəllidir.
Günel Həbib
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































