Artıq mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir

Artıq mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir
Azərbaycanda yenilik!

Azərbaycan dilində şifahi nitqi mətnə çevirən Dilmanc nitqin tanınması sistemi istifadəyə verildi. Oxumeni.az-ın "dilmanc.az" saytına istinadən verdiyi xəbərə görə, sistemin köməyilə kompüterə mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir. Dilmanc nitqin tanınması sistemi avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram istifadəçilərə daha təbii yol təklif etməklə yanaşı, klaviaturada yığmağa nisbətən bir neçə dəfə daha sürətli mətn daxil etməyə imkan verir.
Dilmanc layihəsinin direktoru t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, Azərbaycan dilində nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində başlanılıb. Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi bir daha tədqiq edilib, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası yaradılıb. Nitq bazasının yaradılması üçün 2500 nəfərdən çox müxtəlif yaş kateqoriyasından insanların səsləri yazılıb. Bu informasiyalardan istifadə etməklə Azərbaycan dilində nitqin tanınması alqoritmləri işlənib hazırlanıb.
Proqramı işlədərkən keyfiyyətli mikrofondan istifadə etmək məsləhət görülür. Bundan başqa, sistem hələlik mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır. Sistemin əsas xüsusiyyətlərindən biri də istifadə edildikcə keyfiyyətinin yaxşılaşmasıdır. Belə ki, sistemdən istifadə edənlərin səsi avtomatik olaraq nitq bazasına əlavə edilir, nitq bazasının həcmi artdıqca isə sistemin dəqiqliyi də yüksəlir.

O.M.


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az