Yaponiyalı 80 yaşlı Yuitiro Miura bu gün dünyanın ən hündür zirvəsini fəth edib. ABC kanalının məlumatına görə, ekspedisiya qrupunun tərkibində Everest pikinə dırmaşmış qocaman alpinist bununla adını Ginnesin rekordlar kitabına yazdıra bilib. Maraqlıdır ki, məhz Yuitiro Miura 10 il əvvəl 70 yaşında olarkən analoji addımı atmaqla Everesti fəth etmiş ən yaşlı alpinist adını almışdı. Lakin 2007-ci ildə onun rekordu 71 yaşlı digər həmyerlisi tərəfindən təzələndi. Daha sonra 76 yaşlı nepallı Mina Bahadur Şerxan yeni rekordu bəlli etmiş oldu. Hansı ki, növbəti həftə 81 yaşını qeyd etdikdən sonra Everestə çıxmağa hazırlaşır.
Hələlik bu günə olan nəticəyə görə, rekord 80 yaşlı Yuitiro Miuraya aiddir. "Mən ağlıma belə gətirməzdim ki, bura çıxan ən qoca adam olacağam. Həyatda bundan gözəl duyğu ola bilməz. Onu da bildirim ki, mən hələ bu qədər yorğun olmamışdım", - deyə qocaman alpinist zirvədə ikən mobil telefonla Tokioya məlumat verib.
Xatırladaq ki, Yuitiro Miura ürəyindən 4 cərrahi əməliyyat keçirib.
Qeyd edək ki, onun Everesti sonuncu fəthi 1 həftəyə başa gəlib.
O.M.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































