Gürcü qaçqın 48 yaşının tamamında familiyasını Putin qoydu

Gürcü qaçqın 48 yaşının tamamında familiyasını Putin qoydu
Bir zamanlar Saakaşvilinin fəal tərəfdaşı olmuş Levan Tkebuçava indi Rusiya prezidentinə oxşamaq istəyir

10 il əvvəl Gürcüstandan Rusiyanın paytaxtına qaçmış gürcü əsilli Levan Tkebuçava familiyasını dəyişərək Putin qoyub. Rusiya mətbuatının yaydığı məlumata görə, o, Rusiya vətəndaşlığını əks etdirən pasportu 48 yaşının tamamında, ad günündə alıb və yeni sənəddə Putin adlanır. Levan Rusiya prezidentini özünə kumir seçdiyi üçün hər cəhətdən Putinə bənzəmək istəyir, hətta soyadı ilə belə. O, artıq gürcü keçmişini unudaraq müasir Putin olmağa çalışır. Bu məqsədlə prezidentin rəhbərlik etdiyi "Единая Россия (Vahid Rusiya)" siyasi hərəkatının aktiv üzvlərindən birinə çevrilib. 48 yaşlı emiqrantın bu addımı ətrafdakılar tərəfindən birmənalı qarşılanmasa da, onun bu addımını həyat yoldaşı dəstəkləyir. Bununla belə, qadın hələ Putina familiyasını daşımaq istəmir və hələlik Tkebuçava soyadı ilə kifayətləndiyini deyir. Həyat yoldaşı Putin isə Rusiya prezidentinə duyduğu sonsuz məhəbbətdən "Patriot" adlı idman azarkeşləri dərnəyini təsis edib və bu dərnək vasitəsilə Rusiya azarkeşlərinin sıralarını artırmağa çalışır.

Xatırladaq ki, Levan Tkebuçava Putin Rusiyaya 10 il əvvəl köçüb. Buna qədər o, Saakaşvilinin fəal tərəfdarı kimi tanınıb, lakin sonradan iqtidarla fikirləri ayrıldığından siyasi təzyiqlərə məruz qalıb.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az