"Microsoft" şirkətinin quruusu Bill Qeyts yenidən dünyanın ən varlı adamı olub. Bu, hər gün yenilənən "Milyarderlərin indeksi"ndə yer alıb. Bill Qeyts sonuncu dəfə 2007-ci ildə bu reytinq siyahısına başçılıq edib. Dünən 57 yaşlı Bill Qeytsin var-dövlətinin dəyəri 72,7 milyard dollara çatıb. Bu, keçən illə müqayisədə 10 milyard dollar çoxdur. Bill Qeyts bununla da milyarderlər siyahısına başçılıq edən meksikalı mediamaqnat Karlos Slimi 550 milyon dollar qabaqlayıb. Karlos Slim hazırda bu siyahının ikinci pilləsində qərarlaşıb. "America Movil" telekommunikasiya imperiyasının sahibi olan 73 yaşlı Karlos Slim ilin əvvəlindən 2 milyard dollar kasıblayıb və hazırda 72,1 milyard dollar sərvəti var. Milyarderlərin reytinq siyahısında üçüncü yerdə isə 59,6 milyard dollarla sərmayəçi Uorren Baffet qərarlaşıb./lent.az/
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































