Macarıstanda insanın maksimal imkanlarını nümayiş etdirən dəhşətli bir hadisə baş verib. Lifenews-in məlumatına görə, A.Tibor adlı 37 yaşlı macar bədbəxt hadisə zamanı kəsilmiş əlini 16 km daşıyaraq özünü xəstəxanaya çatdırıb və cərrahi əməliyyat nəticəsində yerinə tikilən orqanı əvvəlki funksiyasını bərpa etməyə başlayıb. Belə ki, Avstriyada kommunal təsərrüfat müəssisəsində çalışan A.Tibor zibil maşınını yuyarkən üzərinə iri bir qurğu düşüb. Güclü zərbə nəticəsində əzalarından biri yerindən qopub. O, ilk əvvəl özünü itirsə də, sonradan hisslərini cilovlayaraq insanları köməyə çağırıb. Lakin ona hay verən olmayıb. A.Tibor cəsarətini toplayaraq qanlı əlini yerdən götürüb və çətinliklə də olsa maşınını işə salaraq yola düzəlib. Beləcə, Purbax-am-Noyzidler şəhərciyindən Ayzenştadt şəhərinə gəlib. Özünü güc-bəla ilə xəstəxanaya çatdıran yaralı orada bayılıb. Lakin təcili əməliyyat nəticəsində itirdiyi orqan yerinə tikilib. Hazırda onun əzası əvvəlki funksiyalarını bərpa etməyə başlayıb. A.Tibor çətinliklə də olsa, barmaqlarını və oynağını hərəkət etdirə bilir.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































