Kolumbiyalı mafioz insan oğurluqları, qətl, qarət, reket, narkoticarət və s. cinayətlərdə suçlanmışdı. Məhkəmənin qərarına görə, o, 60 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ömrünün sonunadək dəmir barmaqlıqlar arasında qalacağını anlayan mafioz həbsxanadan qaça bilmişdi.Azadlığa qovuşandan sonra o, ələ keçməmək və yenidən həbsxanaya qaytarılmamaq üçün gözlənilməz addım atıb. Gizli plastik cərrahiyyə əməliyyatına məruz qalan Covanni Rebolledo bu minvalla "Rozalinda" olub.
"Xanım" olandan sonra Rebolledo yaşam xərclərini təmin etmək üçün pul qazanmalı, işləməli idi. Və o, fahişəlik etmək qərarına gəlir.Polis də bu başabəla mafiozu Kolumbiyanın şimalındakı Barrankilya şəhərindəki fahişəxanalardan birində həbs edib.El Tiempo bildirir ki, sinəsinə silikon implantatlar qoyduran, saçını uzadan, ayaqlarında dikbadan ayaqqabılar olan "Rozalinda" Barrankilya şəhərinin Prado Vyeho səmtindəki fahişəxanalardan birində müştəri ilə yataqda olanda polislər qapını sındıraraq içəri giriblər."Onillərdən bəri davam edən karyeramda gördüyüm ən əcaib, ləyaqətsiz mafiozu tutduq. Bəlkə də, dünyanın ən biqeyrət mafiozudur o, çünki azadlıqda qalmaq üçün fahişəliyə razılaşan adam əvvəllər çox qəddar qatil, daim "cəsarət və namus"dan dəm vuran birisi idi", - Barrankilyanın polis komissarı deyib.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































