Bu gün 2013-cü ilin 01 may günüdür. Qriqorian təqvimi üzrə ilin 121-ci günüdür. Deməli, 2013-ü yola salmağa 244 gün qalır.
Orta və yaşlı nəslin nümayəndələri bilirlər ki, sovet dövründə zəhmətkeşlər və sadə insanlar 01 mayda kütləvi nümayişə çıxardılar, sonra isə "mayovka" deyilən 1 günlük yaz istirahətinə yollanardılar. Göründüyü kimi Bu gün "Beynəlxalq Bahar və Əmək Bayramı"dır. 01 may həm də Beynəlxalq Deizm Günü kimi təqvimlərdə yer alır.
Heç kimə sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 01 may günü ölkəmizdə əmək bayramı kimi qeyd olunmur. Bununla belə, bayram əhval-ruhiyyəsi hər zaman hiss olunur. Elə isə gəlin təqvimə nəzər salaq, bu günü əlamətdar edən başqa hansı hadisələr var?
Əvvəla, 01 mayı qardaş qazax xalqı Həmrəylik Günü kimi qeyd edir. Fransa da isə bu gün İnciçiçəyi Günü adlanır. Cənubi Koreya dindarları hər il 01 mayda Tanrı hesab etdikləri Buddanın anadan olduğu günü qeyd edirlər. Nə qədər qəribə səslənsə də, bu gün Havay adalarında Rəqs Günü kimi təntənəli şəkildə bayram edilir. Bu günü ən çox bayram edənlər amerikalılardır. ABŞ xalqı üçün 01 may 3 bayramla əlamətdardır: Loyallıq Günü, Uşaq Səhiyyəsi Günü, Hüquq Günü.
Tarixə nəzər salsaq, görərik ki, qədim romalılar 01 mayda Xeyir Tanrısının Oyanış Gününü qeyd ediblər. Tarixə baş vurmuşkən, məhz 1328-ci ilin bu günü İngiltərə Şotlandiyanın müstəqilliyini tanımaq məcburiyyətində qalıb. 1884-cü ilin bu günündə Çikaqoda dünyada ilk göydələn, 10 mərtəbəli bina inşa olunub. 2009-cu ilin 01 mayında İsveçdə yekcins nikahlar qanuniləşdirilib. Tarixdə bu günlə bağlı hadisələr həddən artıq çoxdur. Lakin onları ən başlıcası, uzun illər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunan "Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü"dür.
Təqvimdə günlərin rəngindən asılı olmayaraq hər birinizə al-əlvan bahar günləri arzusu edirik. Unutmayın ki, günləri əlamətdar edən biz insanlarıq.
Könül Aypara
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































