222 metrlik mirvari boyunbağı hazırlandı

222 metrlik mirvari boyunbağı hazırlandı

Yaponiyada dünyada ən uzun mirvari boyunbağı hazırlanıb.Osaka şəhərində təşkil edilmiş sərgidə sərgilənən mirvarinin uzunluğu 222 metrdir. O dünyanın ən uzun mirvari boyunbağısı kimi "Ginnesin rekordlar kitabı"na tərəfindən dünyada ən uzun boyunbağı kimi qeydə alınmışdır. Bəzək əşyasının hazırlanmasında 28 min mirvari dənəsinin istifadə edilib. Onun çəkisi isə düz 20 kiloqramdır. Bəzək əşyasının hazırlanmasına üç il vaxt sərf edilib. Mirvari dənələrinin hamısı təmənnasız olaraq yerli sakinlər və əcnəbi turistlər tərəfindən təqdim olunub. Buna görə də boyunbağının satılmayacağı barədə qərar qəbul edilib.
Sərginin təşkilatçısı olan Mie prefekturasının turizm assosiasiyası bununla dünyada əsas mirvari çıxaran və istehsal edən region statusunu qazanmağa çalışır.
Qeyd edək ki, bundan əvvəlki rekord Yaponiyanın Ehime prefekturasının zərgərlərinə məxsus olub. Onların hazırladıqları boyunbağının uzunluğu 187 metrə bərabər idi.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az