Dünyanın ən qəliz dilində danışanları Azərbaycanla sərhəddə yaşayır

Dünyanın ən qəliz dilində danışanları Azərbaycanla sərhəddə yaşayır

Dağıstanın cənubunda yaşayan tabasaranların dili dünyanın ən mürəkkəb dili kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tabasaran dili Çin, eskimos və Amerikanın şimalında yaşayan iki hindu xalqının dili ilə bərabər dünyanın ən mürəkkəb dillərindən sayılıb.
Tabasaran dilinin mürəkkəbliyini bu dildə ismin 48 halının olduğu da təsdiqləyir. Bu hallardan 40-ı yerli haldır. Şəxsə və kəmiyyətə görə dəyişən fel isə mürəkkəb qrammatik sistemə malikdir. Bu dildə 12 dialektdə danışırlar. Xatırladaq ki, Dağıstanın Tabasaran rayonunda azərbaycanlılar yaşayan 16 kənd var.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az