"Forbes" jurnalı dünyanın ən zəngin şəxslərinin yeni siyahısını hazırlayıb. "Forbes" jurnalının 2013-cü il milyarderləri siyahısında 1426 adamın adı var. Liderliyi yenə də meksikalı Karlos Slim əldə edib. 73 yaşlı Karlos Slimin 73 milyard dollarlıq sərvəti var.
İkinci yerdə "Microsoft" şirkətinin 57 yaşlı rəhbəri Bill Qeytsdir. "Forbes" onun sərvətinin 67 milyard dollar olduğunu hesablayıb. Siyahının üçüncüsü Amansio Orteqadır. Onun sərvəti 57 milyard dollardır. Dünyada məşhur olan "Zara" paltar satış şəbəkəsinin sahibi A.Ortega bir ildə 19,5 milyard dollar qazanıb.
"Forbes"in zənginləri siyahısına azərbaycanlılar da düşüb. Rusiyada yaşayan azərbaycanlı iş adamı "Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov dünya zənginləri arasında 55-ci yerdə qərarlaşıb. Digər iş adamı "Krokus" Şirkətlər Qrupunun sahibi Araz Ağalarov 1,8 milyardla 831-ci yerdədir.
Türkiyədə gəmiçilik sahəsində liderlərdən olan "Palmali" şirkətlər qrupunun yaradıcısı və sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov 1,2 milyard dollarla 1175-ci sırada yerləşib.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































