ABŞ prezidenti Barak Obamanın saçlarını ölkənin problemləri yox, qızları ağardır. Oxumeni.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu ABŞ-ın birinci xanımı Mişel Obama deyib. Xanım Obama Amerikanın ən məşhur səhər proqramı olan "Günaydın Amerika"nın qonağı olub. Aparıcı ona, "Silah, vətəndaşlıq haqqında qanun, büdcə kəsikləri prezidentin saçlarını ağartdı, deyəsən?" - deyə sual verib. Obamanın cavabı isə belə olub: "Onun saçlarını işi deyil, qızları ağardır. Barak Malianın bir bayrama getmək üçün geyindiyi paltarı görəndə üzünün ifadəsi dəyişir. Malia da elə bil atasını tanımırmış kimi yanından keçəndə o, "bu qız kimdir?" - deyə soruşur. Qızlarının yaratdığı stress Barakın saçlarında hiss edilir".
Qeyd edək ki, "Ağ Ev"ə gələndə Obamanın qızları Saşa və Malinanın 7-11 yaşları var idi. Malia artıq 14 yaşlı gənc qız olub. Sevgililər Günü olan 14 fevralda jurnalistlərdən biri Barak Obamadan Malinanın sevgilisinin olub-olmadığını soruşub. "O qədər mühafizəçinin içərisindən keçib onunla sevgili olmağı bacaran ürəkli bir gənc varsa, onu görmək istəyərəm", - deyə ABŞ prezidenti zarafat edib.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































