Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
11 Sentyabr 11:17
Moskvada yaşayan bir tatuajçı 24 saat öncə tanış olduğu qızın üzünə öz adını döyüb. Ruslan Toumaniantz internetdən tanış olduğu Lesya adlı qızın üzünə qeyri-adi döymə döyüb. Belə ki, bunu bir "bağlılıq" adlandıran və hallarından məmun olan cütlük qısa zaman ərzində evlənməyi düşünürlər.
Bu hadisə Ruslanın ilk "əl işi" deyil. Belə ki, 2009-cu ildə o, 18 yaşlı Kimberley Vlaeminckinin üzündə də "xariqələr" yaradıb. Qız gözünün yanında sadəcə üç ulduz döyməsi istədiyi halda yatdığı masadan qalxanda şoka düşüb. 3 rəqəmi 56 ilə əvəz olunub. Ancaq sonralar qız atasından qorxduğu üçün yalan söylədiyini və həqiqətən "56" rəqəmini özü sifariş verdiyini boynuna almışdı.
Günel Həbib
O.M.