"Nissan" avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru olan "Nurgun Motors" şirkəti ölkəyə yeni "Nissan Altima" avtomobilini gətirib. Yeni xarici görünüş alan "Altima", həmçinin yeni interyer, modernizə olunmuş transmissiya və mühərrik əldə edib. Yeni modelin dizaynı köhnə "Altima" ilə müqayisədə daha idmansayağıdır. Avtomobil yeni radiator barmaqlıqları, yeni optik sistem və bamperlə təchiz olunub.
Azərbaycan bazarında yeni "Nissan Altima" iki növ mühərriklə təqdim olunur. Bunlardan birinin həcmi 2,5 litr (182 at gücü), digərinin həcmi isə 3,5 litr (270 at gücü) təşkil edir. Ümumiyyətlə, avtomobil pərəstişkarlarına yeni "Altima" beş komplektasiyada təklif olunacaq ki, hazırda bunların yalnız 4-ü ölkəyə gətirilib. Əgər köhnə "Altima"nın qiyməti 21,9-25,9 min manat təşkil edirdisə, yeni modelin qiyməti kompelktasiyadan asılı olaraq 26,9-36,9 min manatdır.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































