Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
11 Sentyabr 11:17
Uzaq şərqin kiçik və gözəl incisi Tayvanda yaşayan, düyüdən sənət yaradan Çen Fornq Şean hər kəsi özünə heyran buraxıb. Gənc adamın sənətə olan marağı əsgərlikdən sonra kiçik bir atelyedə başlayıb. 10 ildir işdən sonra qaça-qaça evinə gedərək, ikinci mərtəbədəki atelyesinə qalxan qəhrəmanımız düyü dənələri üzərində tanınmş şəxsiyyətlərin və ya ünlü məkanların portretlərini yaradır. Miniatürə olan marağı və istedadı onu dünyada da populyarlaşdırıb. İndi 58 yaşında olan Çen xəttatlıq və rəsmə olan həvəsinin onu bu günlərə gətirdiyini söyləyir. İllərdir fərqli böyüklükdə olan düyü, qum dənələri və makaronlar üzərində işləyən Çenin dediyinə görə, 0.3 və ya 0.5 sm.-lik işləri onun tam bir ayını alır.
Günel Həbib
O.M.