Oxumeni.az əvvəlcədən qeyd edir ki, hələ də zamanımızda bu cür "adət-ənənələr" davam etməkdədir. Məsələn, ölmüş həyat yoldaşını "geyinmiş" qadın və ya insan dərisindən hazırlanmış gödəkçəni geyinərkən zövq alan qaradərili...
*** Hollandiyalı fizik Hermann Boerhaavenin maraqlı bir kolleksiyası olduğu deyilir. Bu kolleksiyanın içində yaşlı bir məhkumun dərisindən düzəldilmiş dikdaban ayaqqabılar da var.
*** 1633-cü ildə Fransa kralı XIII Louis "Cabinet du Rou"nu qurur. Bura maraqlı obyektlərin saxlandığı bir muzey olub. Parisli bir cərrah Pierre Sue bura insan dərisindən düzəldilmiş başmaq və kəmər bağışlayıb.
*** 1876-cı ildə Mahnenrolhz adlı ayaqqabıçı ilan, it kimi bir çox heyvan dərisindən ayaqqabı düzəldirdi. Sonralar isə o, ölən yaşlı və kimsəsiz insanların dərisindən ayaqqabı və bağlar düzəltməyə başladı. Mahnenrolzh insan dərisindən hazırladığı ayaqqabılardan Vaşinqtonda yerləşən Smithsonian İnstitutuna göndərdi. Və o ayaqqabılar hələ də institutun kolleksiyasında qalmaqdadır.
*** 1833-cü ildə Amerikada yaşayan fransız immiqrant Antoine LeBlanc 3 adamı vəhşicəsinə öldürdüyü üçün asılaraq edam edilib. Hakim isə asıldıqdan sonra parçalanmasını və dərisinin üzülməsini əmr edib. Bədəninin parçaları qatili həbs edən Ludlow imzası altında satılıb. Qısa bir müddətdən sonra onun dərisindən pulqabı düzəldilib, tarix həvəskarları tərəfindən qorunub.
*** Bu siyahıdakı ən məşhur və təəccübləndirici faktlardan biri də XVIII və XIX əsrdən qalma belə kitablardır. Kitablardan ən məşhuru isə James Allenin yazdığı avtobiyoqrafiyasıdır.
*** Henri Pranzini XIX əsrdə fransız oğru və qatil idi. İmza atdığı olaylarla xalqa böyük qorxu yaşadan qatil gilyotinlə (məhkumunun başını üst tərəfdən kəsmək prinsipiylə edilmiş bir növ edam vasitəsidir) cəzalandırıldıqdan sonra onun bədən parçaları paylanıb. Bir ədəd dişindən qadınlardan biri bijüteriya düzəltdirərkən, bir polis isə dərisindən siqaret qabı hazırlatdırıb.
*** Fransız qiyamı sonrası, XVIII əsrdə siyasi bir lider olan Robespierreyin də yaxın yoldaşı olan Saint-Just, deyilənlərə görə, aşiq olduğu qadına qarşı bir anlıq qəzəb yaşayıb, dərisini üzdürüb. Və sonra özünə bir gödəkçə düzəltdirib.
*** XV əsrdə Jan Ziska olaraq bilinən, kilsəyə qarşı yüksələn protestantlıq axınının qabaqcıllarından olan, komandir Jan Trocnova ölümü əsnasında öldükdən sonra dərisindən baraban düzəldilməsini və döyüş zamanı bu barabandan istifadə edərək, düşmənlərinin qorxudulmasını istəmişdi. Onun vəsiyəti həyata keçirilib.
Günel Həbib
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































