Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
11 Sentyabr 11:17
Valideynlərin ən böyük dərdlərindən biri kompüter və kompüter oyunlarıdır. Bu səbəblər ailələr uşaqlarına tez-tez xəbərdarlıqlar edir və ya kompüterlərini onların əlindən alırlar. Çində isə bir ata daha fərqli bir üsul tapıb. "World of Warcraft" oyunun bir platforması olan "Hitmen"i uzun illərdir oynayan Xiao Feng atasının bütün istəklərinə baxmayaraq, oyundan vaz keçə bilmədi. Bu oyuna görə oğlunun məktəb qiymətlərindən xeyli narazı qalan ata "Hitmen"i oynayan digər uşaqları tapdı. O, uşaqlardan oğluna aid personajın pul qarşılığında öldürülməsini rica etdi. Bu şəkildə Xiao oyuna hər girdiyində ona aid personaj öldürüləcəkdi və o, oyundan sıxılmağa başlayacaqdı. Gülməli görünsə də, ata Fengin bu üsulu işə yaradı!
Günel Həbib
O.M.