1984-cü ildə Finalndiyadan ABŞ-a - Floridaya köçən avtomobil təmirçisi Antti Rahko inanılmaz bir maşın meydana gətirdi. O, "Mercedes Benz" vaqonu üzərində 1962-ci il istehsalı olan "Chrysler Imperial" marka avtomobil parçalarından istifadə edərək, 7500 kq ağırlıqda, 29 metr uzunluqda avtomobil yaratdı. İstehsalı 10 il davam edən maşında fərqli avtomobillərdən götürülmüş 86 işıq, 36 ayna var. Xaricdən qeyri-adi görünən maşının içində 10 oturacaq, mikrodalğalı soba, televizor, soyuducu, kondisioner, televizor, 3 akkumlyator, sauna, 4 ədəd ehtiyat təkəri, naviqasiya sistemi var. Və o saatda 40 km. sürəti yığa bilir.
Rahko bəzən "Finnijet" adı verdiyi avtomobilini təqdim etmək üçün hava limanına sərnişin belə aparıb-gətirdi. Bəzən isə ondan gəlin gətirmə mərasimində də istifadə etdilər. Yolda bir dəfə helikopter, on iki dəfə isə yol polisi tərəfindən saxlanılan avtomobilin sahibi maşının tormozuna onu kontrol etmək üçün basdığını söyləyir. Səhhətindəki problemlərlə üz-üzə qalan Rahko "Finnijet"ini 950 min dollara satışa çıxarıb.
Günel Həbib
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































