Braziliya hazırda bu iki gəncdən bəhs edir. 2.6 sm-lik boyu ilə dünyanın ən uzun gənc qızı adına layiq görülən 17 yaşlı Elisani da Kruz Silva özündən 44 santimetr kiçik olan 22 yaşlı Silva Karvalho ilə ilişki yaşamaqdadır. Yoxsul bir ailənin qızı olan Elisaninin uzanma hormonlarında balans olmadığından o, 11 yaşından etibarən sürətlə uzanmağa başlayıb. Hətta o dərəcədə uzanıb ki, onun qol, ayaq, diz bükülmələrində şiddətli ağrılar baş qaldırıb. Hündür boyu onu məktəbi yarımçıq qoymağa məcbur edib. Məktəb avtobusuna hündür boyuna görə yerləşməyən gənc qız hətta həmyaşıdlarının, sinif yoldaşlarının gülüş obyektinə çevrilib.
Ancaq həyat ona başqa tərəfdən güldü. İnşaat işçisi sevgilisi ilə çox xoşbəxt olan Elisani boy fərqini özlərinə dərd etmədiklərini söyləyir. Silva Karvalho, "məndən sevgilimi necə öpdüyümü soruşurlar. İstəyincə hər şey üçün bir yol tapılır", - deyir.
Günel Həbib
O.M.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































