Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutun illik hesabat iclasında bildirib ki, Azərbaycanda qədim fauna və flora muzeyi yaradılacaq: "Hazırda muzeyin yaradılması istiqamətində işlər aparılır. Muzey "Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı" təbiət abidəsinin ərazisində yaradılacaq. Artıq muzey üçün ayrılmış ərazidə tədqiq olunan qatların radioaktivlik dərəcəsi müəyyən edilib və qatların kimyəvi analizi, suxurların mütləq yaşı (45 min il və 55 min il ) təyin olunub".
Qeyd edək ki, Azərbaycanın dünyaşöhrətli təbiət abidəsi olan "Binəqədi dördüncü dövr fauna və flora qəbirstanlığı" ərazisinin müasir vəziyyətinin öyrənilməsi Geologiya İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Binəqədi rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə aparılıb.
O.M.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































