Plastik əməliyyatlarla "Barbi" gəlinciklərinin oxşarına çevrilən qızlardan sonra sıra güclü cinsin nümayədələrinə gəldi. Həyatı boyunca burun formasından şikayətlənən 32 yaşlı Castin Cedlik çarəni plastik əməliyyatda gördü. İdeal gözəlliyin xəyalını quran Castin burun əməmliyyatı ilə başlayan "serial" kimi əməliyyatlardan sonra Ken oyuncağına bənzədi. Bilməyənlər üçün qeyd edək ki, Ken oyuncağı Barbinin sevgilisidir.
18 yaşından bu yana tam 100 plastik əməliyyat keçirən qəhrəmanımız 100 min dollar pul xərcləyib. İdman zalına getmək yerinə cərrahların qapısını döyən "Ken" vücudunun hər yerinə əzələ qoydurub. Qarın, qol, ayaq, kürək nahiyələrindəki əzələlər onun daim idmanla məşğul olduğunu götərsə də, əslində hamısı saxtadır. Özünü mütəmadi olaraq dəyişdirməkdən zövq alan Castin plastik əməliyyat həvəskarı olduğunu da danmır. "Əməliyyat nə qədər sınaq kimi görünsə də, nəticəsi mənim üçün hər zaman mükəmməl olub", - deyə bildirir. O, əməliyyat "serialının" yeni bölümlərini çəkmək istəsə də, həkimlər sağlamlığı baxımından onunla həmfikir deyillər.
Günel Həbib
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































