Bu ilin 12 dekabr, bəzi mənbələrdə isə 21 dekabr gününün dünyanın sonu olması barədə cəfəng fikirlər hələ də bəzi insanları narahat etməkdədir. Bu məsələyə son olaraq rusiyalı mayyanist-arxeoloq, tarix elmləri namizədi Yuriy Polyuxoviç aydınlıq gətirib. İnterfax-ın məlumatına görə, alimin fikrincə, mayya xalqının mədəniyyətində "dünyanın sonu" barədə heç bir fikir mövcud deyil. 21 dekabr 2012-ci il tarixi isə dünyanın sonunu deyil, yeni dövrün başlanğıcı mənasını verir: "Mayya xalqında ümumiyyətlə dünyanın sonu anlamı mövcud olmayıb. Heç bir lüğətdə və araşdırılmış 15 min qədim əlyazmalarda bu barədə məlumata rast gəlmək mümkün deyil. Meksikanın Tabasko ştatının Tortuqero şəhərciyində yerləşən "Monument-6" adlı ərazidə aşkar edilmiş yazılar 21.12.2012-ci ilin dünyanın sonunun gələcəyinə işarə etmir, əksinə, bir dövrün bitdiyini və yeni bir mərhələnin başlanacağını bildirir".
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































