Bu gün dekabrın 3-dür. İlin 337-ci, yeni iş həftəsinin ilk günüdür. Qriqori təqviminə görə, 2012-ci ilin sonuna 28 gün qalıb. Görəsən, bu tarix nə ilə əlamətdardır? Əvvəla onunla ki, bu gün "Beynəlxalq Əlillər Günü"dür. Rusiyada isə bu gün "Hüquqşünaslar Günü" kimi qeyd olunur. Dekabrın 3-ü qeyri-rəsmi şəkildə "3D" günü kimi də təqvimlərdə yer alıb. Belə ki, 3 dekabr söz birləşməsinin abbreviaturaları "3D" şəklində təzahür olunur.
1586-cı ilin məhz bu günündə avropalılar ilk dəfə kartofla tanış olublar. Belə ki, ilk dəfə olaraq Kolumbiyadan Avropaya (İngiltərəyə) kartof gətirilib.
1818-ci ilin 03 dekabrında isə İllinoys ABŞ-ın 21-ci ştatı elan olunub.
Sadalanan hadisələrin fonunda xüsusilə vurğulamaq istərdik ki, gəlin ilin heç olmasa bir gününü əlillərə qayğıya həsr edək. Bununla hər birimiz sağlamlığımıza görə şükür etmiş olarıq.
Könül Aypara
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































