Saatlar 00:01-i göstərdisə, deməli, bu gün noyabrın 21-dir. Hövsələsiz insanlara bəri başdan bildirək ki, Qriqori təqviminə görə ilin 325-ci gününü yaşayırıq və yeni ilə cəmi 40 gün qalır. Gəlin bu günün özəlliklərinə birlikdə nəzər salaq:
Bu gün "Ümumdünya Salamlaşma Günü(World Hello Day)"dür. 1973-cü ildən bəri qeyd olunan bu tarix beynəlxalq gərginliyin aradan qaldırılması şərəfinə təsis olunub. Bayramın ideya müəllifləri ABŞ-ın Nebraska ştatından olan Maykl və Brayan Makkormak qardaşlarıdır.
21 noyabr həm də "Ümumdünya Televiziya Günü" kimi tarixdə əbədiləşib. Məhz 1996-cı ilin bu günündə BMT mənzil qərargahında ilk dəfə ümumdünya televiziya forumu baş tutduğundan, həmin ilin 17 dekabr günü BMT Baş Məclisi tərəfindən əlamətdar tarix kimi təsis olunub.
Rusiyada isə 21 noyabr "Mühasib Günü" və "Vergi əməkdaşlarının peşə bayramı" kimi qeyd olunur. Bu gün italiyalılar "Madonna della Salute (Sağlıq ilahəsi)"-ni bayram etdikləri halda, Kamboca xalqı təntənəli şəkildə "Su festivalı"nı keçirir.
Bu gün "Ümumdünya Salamlaşma Günü" olduğundan sizinlə bu cür salamlaşdıq. Gününüz aydın və mənalı olsun.
Könül Aypara
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































