Bu gün 2012-ci ilin 20 noyabr tarixidir. Qriqori təqviminə görə, ilin 324-cü günüdür. Deməli, yeni 2013-cü ilə cəmi 41 gün qalıb. Pessimistlərə xatırladaq ki, 12.12.12 tarixinə 22 gün qalsa da, bu, heç nəyi dəyişmir. Çünki biz məntiqsiz fərziyələrə baş qoşmadan yeni ili qarşılamağa hazırlaşırıq. Beləcə, hər günün tarixçəsini, əhəmiyyətini sizlərə təqdim edirik.
Bu gün Qarakənd faciəsindən 21 il ötür. Bu barədə növbəti xəbərimizdə məlumat verəcəyik. İndi isə 20 noyabrı tarixdə bayram və əlamətdar gün kimi əbədiləşdirən hadisələrə nəzər yetirəcəyik.
Bu günü BMT "Afrikanın Sənayeləşdirilməsi Günü" kimi qeyd edir. Nə qədər qəribə səslənsə də, Ali təşkilat 20 noyabrı həmçinin "Transgenderlərin (Cinsini dəyişənlərin) Xatirə Günü" adlandırır. Yeri gəlmişkən, cinsini dəyişənlər yalnız xatirələrdə yaşasalar yaxşıdır. Digər nüfuzlu beynəlxalq təşkilat olan UNİCEF isə bu gün "Beynəlxalq Uşaqlar Günü"nü qeyd edir.
Ayrı-ayrı ölkələrə gəldikdə, Böyük Britaniyada 20 noyabr 2 bayramla yaddaşlara həkk olunub. Bu gün britaniyalılar şahzadə II Yelizavetanın nükah gününü və "Bayraq Günü"nü qeyd edirlər. Vyetnam xalqı bu gün müəllimləri "Müəllimlər Günü" münasibətilə təbrik edir. Meksikada isə "İnqilabın İldönümü Günü" böyük təntənə ilə qeyd olunur.
Hər gününüzü maraqlı və şən keçirin ki, həyatınız bayrama çevrilsin.
Könül Aypara
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































