Bu gün 2012-ci ilin 19 noyabr günüdür. İlk baxışdan sadə bir təqvim günüdür və heç nə ilə əlamətdar deyil. Lakin ölkəmizdə bayramların həddən artıq çox olduğunu nəzərə alaraq, bu günü də bayram kimi təqdim etmək və həmin ab-havada yaşamaq qərarına gəldik. Əvvəla onu deyək ki, çoxlarının həyacanla gözlədikləri 12.12.2012 tarixinə çox az vaxt qalıb – cəmi 23 sutka. Bunu xatırlatmaqda kimisə hiddətləndirmək fikrindən uzağıq, çünki 12 dekabr numerologiyada analoji rəqəmlərin ardıcıl düzülməsindən başqa bir şey deyil – 12.12.12. Yəni həmin gün insanlar bilərəkdən dünyanı dağıtmasalar, bəşəriyyəti heç bir təhlükə gözləyə bilməz. Bu ehtimal isə sıfıra bərabərdir. Hətta inanclarla yaşayan ən bədbin insan belə nəzərə almalıdır ki, 12.12.12 tarixi əslində 12.12.2012 deməkdir. Göründüyü kimi, 12 rəqəmlərinin arasında 20 də var. Odur ki, həmin günü beynəlxalq fantaziya günü elan etmək olar. Əlbəttə ki, bu bir zarafatdır. Zarafat demişkən, bu gün dünyanın müxtəlif ölkələrində müxtəlif cür qeyd olunur.
Bilirdinizmi ki, bu gün Beynəlxalq Kişilər Günüdür? Bəs xəbəriniz var idimi ki, bu gün həm də Dünya Tualet Günüdür?..
Elə isə bu günün əlamətdar hadisələri ilə tanış olun: 19 noyabr Monakoda Milli Gün, Somalidə isə Azadlıq Günü kimi qeyd olunur. Belorus bu günü "Raket qüvvələri və artilleriya günü" kimi təqvimdə əbədiləşdirib. Ukraynada 19 noyabr "Hidrometeorologiya işçiləri günü" və "Şüşə istehsalçıları günü" kimi xatırlanır. Rusiyada isə "Əllə döyəcləyən dəmirçi günü" kimi qeyd olunur.
Hamınıza ilin bir neçə deyil, bütün günlərini bayram kimi yaşamağı arzu edirik. Bayramlardan şikayət etməyin, günləri bayram edən biz insanlarıq...
Könül Aypara
O.M.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































