Avstraliyada illər boyunca evlərində ölümü gözləyən xəstələrə baxan bir tibb bacısı təcrübəsinə əsaslanaraq, kitab çıxartdı. Kitabda o, ölüm döşəyində olan insanların nələrdən peşman olduqlarından yazdı. "The Top Five Regrets of the Dying - A Life Transformed by the Dearly Departing" adlı kitabda ilk başda digər insanlara - ən çox da yaxınlara qarşı olan laqeydlik ön sırada gəlir. Ölüm gerçəyi ilə üz-üzə gələn insanların çox önəmli dəyişikliklərə məruz qaldıqlarını bildirən tibb bacısı Vare onların inkar, qorxu, qəzəb, peşmanlıq və sonda qəbul etmə kimi traplinlərdən keçdiklərini anlatdı. Xəstələrindən ən çox nədən peşman olduğunu soruşan Vare onların cavablarının eyni olduğundan yazdı: "Kaş ki, başqalarının məndən gözlədiyi həyat yerinə xəyallarımı gerçəkləşdirsəydim". Müəllifə görə, ölümünü gözləyən insanlar geri dönüb baxdıqda arzularının bir çox qismini gerçəkləşdirmədikllərini görür və peşman olurlar. "Kaş ki, bu qədər işləməsəydim…", - deyən kişilər ailələrinə çox vaxt ayırmadıqlarına görə peşmandırlar. "Kaş ki, duyğularımı ilə gətirərdim…" , "Kaş ki, dostlarımdan qopmasaydım…", "Kaş ki, daha xoşbəxt ola bilsəydim…", "Kaş ki, daha çox gülsəydim…" kimi peşmançılıqlar da kitab müəllifi tərəfindən qeydə alınıb.
Sonradan "kaş ki…" deməmək üçün həyatınızı HƏYAT kimi yaşayın!
GÜNEL HƏBİB
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































