Yəqin ki, aranızda britaniyalı Ginnes rekordçusunu tanıyan tapıldı. Bəli, o, həmin Kolin Förzdür ki, dünyada ən uzun olan motosikleti, 25 nəfər tutumu olan, saatda 60 km yolu qət edə bilən qurğunu icad edib. Bir ay bundan əvvəl ata olan mühəndis bu dəfə yeni bir rekorda imza atıb. O, oğlu üçün sürətli uşaq arabasını (kolyaskanı) icad edib. Vesti.ru-nun məlumatına görə, Kolinin Ginnesin Rekordlar Kitabına düşməsi üçün saatda 50 km sürət kifayət etdiyi halda, o dörd keçidli (skorostlu) 80km/saat sürətli araba hazırlayıb. İxtisasca su borusu ustası olan Kolin uğurunu bu cür izah edir: "Tənbəllik inkişafın əsas hərəkətverici qüvvəsidir. Məhz bu səbəbdən mən əllə hərəkətə ehtiyacı olmayan mobil uşaq arabasını icad etdim. Mən çox vaxt ata-anaların həsrətli baxışları ilə rastlaşıram, əsasən onlar arabanı relyefli yollarda sürən zaman".
Qeyd edək ki, 33 yaşlı britaniyalı mühəndis 4 ay ərzində 450 funt sterlinqə başa gətirdiyi arabadan həm də daşıma vasitəsi kimi istifadə edir. Belə ki, körpənin qoyulduğu metal çərçivəli qutunun ətrafında yük yerləri quraşdırılıb.
Xatırladaq ki, Kolin Förz 2010-cu ildə ən sürətli skuteri (115 km/saat) hazırladığı üçün Ginnesin Rekordlar Kitabına adınmı yazdırmışdı.
O.M.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































