Bu şəhərə kişilərin girişi qadağandır!

Bu şəhərə kişilərin girişi qadağandır!
Səudiyyə Ərəbistanında qadınları iş həyatına qazandırmaq üçün xüsusi şəhərlər inşa ediləcək.

The Guardian qəzetinin "Əl İktisadia" qəzetinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı qadınları iş həyatına cəlb etmək üçün, yalnız qadınların işinə icazə verilən şəhərlər qurulacaq.

Şəriət qaydaları ilə idarə olunan və qadınların maşın sürməsinə qadağa qoyulan Səudiyyə Ərəbistanında, qadınların çalışması üçün maraqlı bir üsuldan istifadə ediləcək. Səudiyyə Sənaye Mülkiyyət Təşkilatının irəli sürdüyü layihəyə görə, qurulacaq şəhərlərdə yalnız qadınların işinə icazə veriləcək.

Bu şəhərlərdəki müəssisələrdə çalışacaq idarəçilər də qadınlardan ibarət olacaq. İlk mərhələdə 5 min qadının işə cəlb olunmasının məqsəd qoyulduğu şəhər ölkənin şərqindəki Hofufda qurulur.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında qadınların yalnız 15 faizi işləmək imkanı tapır. İşgüzar qadınların böyük əksəriyyəti yalnız qadınlardan ibarət olan iş yerlərində çalışırlar. Ölkədə qadın və kişilərin eyni mühitdə çalışdığı az sayda iş yerləri də mövcuddur.

Günay Səfərli

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az