Bogor şəhərində yaşayan Adillanın başı normadan 3 dəfə böyükdür. Qan dövranında hərəkət edən suyun beyində cəmləşməsi nəticəsində uşağın başı durmadan şişir. Doğulduğunda normadan bir az böyük olan başının həcmi indi 100 sm-ə çatır. Uşaq beynindəki təzyiqdən ötəri nə gəzə, nə də danışa bilir.
Həkimlər hamiləlik əsnasında keçirilən infeksiyanın bu xəstəliyə gətirib çıxarmış ola biləcəyini bildirirlər. 500 körpədən birində görülən bu xəstəliyin müalicəsi normalda mümkündür. Beyinə yerləşdirilən kiçik bir balonla maye evakuasiya edilir. Adillanın xəstəliyi ailəsi çox kasıb olduğu üçün müalicə edilə bilmir. Xəstəliyin bu qədər irəliləməsi nəticəsində İndoneziyadakı həkimlər uşağa müdaxilə etməyə cəsarət edə bilmir. Anası Puspita Anas, uşağının acı çəkməsinə dözə bilmədiyini söyləyərək onun şəfa tapması üçün bol-bol dua edir.
Günay Səfərli
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































