Ramazan orucunun vacib şərtləri bunlardır: həddi–buluğa çatmaq, ağlı başında olmaq, canı sağlam olmaq, daimi yaşayış yerində olmaq, səfərdə olmamaq, qadınlarda qanaxma hallarının olmaması. Əlbəttə, bu hallar heç də müsəlmanı orucdan azad etmir – bu problemlər aradan qalxdıqdan sonra mütləq oruc tutulmalıdır. Qurani-Kərimdə bu barədə belə buyurulur: "Sizdən xəstə və ya səfərdə olanlar tutmadıqları orucu başqa gün tutsunlar. Oruc tutmağa taqəti olmayanlar isə hər günün əvəzinə bir kasıbı doyuzdurmaq üçün fidyə verməlidirlər. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi hidayət etdiyinə görə "Allahu-Əkbər" deməklə böyük tutasınız və bəlkə də şükür edəsiniz". Beləliklə, aydın olur ki, oruc tutmaqdan üzürlü olanlar sonra – münasib bir vaxtda qəzasını tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə tövbə etməli, əvəzini tutmalı və kəffarə verməlidirlər.
Günel Həbib
O.M.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































