İtaliyada Vincenzo Cosenza tərifindən ən məşhur sosial şəbəkələrin statistik araşdırması aparılıb. Araşdırmaya görə, 845 milyon aktiv istifadəçisi olan Facebook gözlənildiyi kimi dünyada ən çox istifadə olunan şəbəkədir. 137 ölkənin 126-sında hakimiyyəti ələ keçirən Facebook, Azərbaycanda da ən çox istifadə olunan sosial şəbəkədir. Bundan başqa, ABŞ, Avstraliya, Yaponiya, İngiltərə, Kanada, Braziliya və Hindistan kimi nəhəng ölkələrdə də hakimiyyəti ələ alıb. Mənşəyi ABŞ olan Facebookun ABŞ-dakı istifadəçi sayı 222 milyon, Avropadakı cəmi istifadəçi sayı isə 232 milyondur. Facebook istifadəsinə görə geridə qalan ölkələr də var. Məsələn Rusiyada Odnoklassniki saytının istifadəçiləri üstünlük təşkil edir. Çində QZone, Vyetnamda Zing, Latviyada Draugiem sosial şəbəkə bazarında hakimdir. Araşdırmaya görə, Facebookdan sonra gələn ictimai şəbəkələr isə Twitter və Linkedindir. Avropada isə Linkedin yerini Badoo əvəz edir.
O.M.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































