Millət vəkili: Yüz milyonlar niyə hansısa məmurun "qara sandığını" doldurmalıdır?

Millət vəkili: Yüz milyonlar niyə hansısa məmurun "qara sandığını" doldurmalıdır?

Mən yenidən Bakıda köhnə və yeni yaşayış məntəqələri ilə bağlı məsələni dilə gətirmək istəyirəm. İnsanlar həmin yaşayış məntəqələrində 20-30 ildir yaşayırlar.

Onlar bütün kommunal xərcləri ödəyirlər. Ancaq onlar orada nə qeydiyyata düşə bilir, nə qanuni şəkildə vergi ödəyirlər. Əslində, onların ödədikləri də hansısa məmurların cibinə gedir.
Bunu parlamentdə hökumətin hesabatında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib.

Millət vəkili hesab edir ki, artıq bu məsələ tam şəkildə öz həllini tapmalıdır.

"Axı bu pullar niyə büdcədən kənarda qalıb hansısa məmurun "qara sandığını" doldursun? Bu pullar az vəsait deyil, ilə 300-500 milyon aralığında pul edir", - deyə millət vəkili əlavə edib. (oxu.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az