Sumqayıtda taksi sürücüləri etiraz aksiyası keçirir-Video

Sumqayıtda taksi sürücüləri etiraz aksiyası keçirir-Video

Sumqayıt şəhərində taksi sürücüləri etiraz edirlər.

Minval.info xəbər verir ki, "Maxim" və "Omega" taksi şirkəti ilə çalışan sürücülər bildirirlər ki, şirkət gedişhaqqı kimi təqdim etdiyi minumum qiymət çox azdır, bu da sürücülərə sərf etmir.

"Bakıda eyni şirkət, eyni məsafəyə görə 2.70 AZN istəyir, amma Sumqayıtda 1.30 AZN. Üstəlik bu 1.30-dan da 35 faiz özünə götürür. Belə haqsızlıq olar? Kilometrlərlə yol gedirik, sonda 90 qəpik bizə pul qalır. Bu maşın Bakıda da, Sumqayıtda da benzinlə işləyir. Niyə orada normal qiymətdir, bizdə ucuz? Biz benzini, maşının ehtiyyat hissələrini ucuz alırıq ki?" – deyən narazı sürücülər, problemlərinin həll olunmasını tələb edirlər.

Sürücülər bildiriblər ki, Sumqayıtda bir neçə taksi şirkəti fəaliyyət göstərir və hamısı da eyni şəxsə məxsusdur: "Fərqli nömrələr və adlarla eyni şəxsə məxsus şirkətlərdir. Hamısında da qiymət eynidir deyə bizim fərqli şirkətlə işləmək şansımız yoxdur".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az