Prezident İlham Əliyev "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Azadinform-un məlumatına görə, sərəncam "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb.
"Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:
1-ci hissədə "165" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;
həmin sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində "185", "175", "170" və "165" rəqəmləri müvafiq olaraq "215", "210", "205" və "200" rəqəmləri ilə əvəz edilsin.
Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































